Keçmiş Formula 1 pilotu Daniel Rikkardo Sinqapur qran-prisindən sonra RB komandasının heyətindən uzaqlaşdırıldıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. Avstraliyalı keçmiş komanda yoldaşı, “Red Bull” sürücüsü Maks Ferstappenlə padel oynayarkən görüntülənib. Bu oyunda onların hər ikisi 13 yaşlı yeniyetmə tərəfindən məğlub edilib.

“Dünən bizi alçaltdılar. 13 yaş. 6-4 və 6-1. Yenidən parta arxasına keçməliyik”, – deyə Rikkardo sosial şəbəkədə yazıb.

Ferstappen də biabırçılığa reaksiya verib. Niderlandlı pilot yeniyetmənin  onlara “yaxşı şillə vurduğunu” qeyd edib.

“Daniel yaxşı padel oyunçusu idi. Amma bizi 13 yaşlı oğlan gülünc vəziyyətə saldı. Düzünü desəm, o, çox yaxşı oynayırdı. Mən zarafat etmirəm. Mən də pis oynamıram, bu uşaq hər ikimizə dərs keçdi”, – Ferstappen əlavə edib.

Shares: