Azərbaycan Cüdo Federasiyası Göygöl Olimpiya İdman Kompleksində bölgələrdən olan cüdoçular üçün təlim-məşq toplanışı təşkil edib.
Toplanışda ölkəmizin müxtəlif regionlarından 65-ə yaxın yeniyetmə və gənc cüdoçu iştirak edib. Artıq ənənə halı alan bu cür təlim-məşqlər qarşıdakl yarışlara hazırlıq xarakteri daşıyır.
Seminarlarda bölgə idmançıların nəzərinə cüdonun yeni qaydaları da çatdırılıb.
Toplanış noyabrın19-na qədər davam edəcək.
BƏHRUZ MUSAYEV