UEFA Millətlər Liqasında baş tutan Fransa – İsrail matçı zamanı iki azarkeş həbs olunub.

Futbolinfo.az xəbər verir ki, bu barədə Fransa polisi məlumat yayıb.

“Stad De Frans”da keçirilən oyunun 10-cu dəqiqəsində qapı araxsındakı tribunalardan birində dava düşüb. Çiyinlərində İsrail bayraqları olan azarkeşlərin yerləşdiyi tribunada baş verən münaqişənin səbəbinin məlum olmadığı, buna baxmayaraq, təhlükəsizlik əməkdaşlarının hadisəyə dərhal müdaxilə etdiyi bildirilib.

Hər iki komandanın tərəfdarlarının iştirak etdiyi hadisədə azarkeşlərdən birinin dərhal, digərinin isə stadionda quraşdırılmış kameralar vasitəsilə müəyyənləşdirilərək həbs olunduğu vurğulanıb.

Qeyd edək ki, Fransa – İsrail görüşü 0:0 hesabı ilə yekunlaşıb.

Shares: