2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiadanın baş direktoru Reynold Qayver ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp administrasiyasından dəstək aldıqlarını açıqlayıb.
“Reuters” agentliyinə verdiyi müsahibədə o bunları söyləyib: “Biz keçid komandası vasitəsilə yeni administrasiya ilə əlaqələr qurduq”.
Eyni zamanda, 2028-ci il Olimpiadasının prezidenti Keysi Vasserman isə Olimpiya Oyunlarının siyasətdən ayrı olacağını elan edib.
“2017-ci ildə biz Olipiadanı keçirmək hüququnu alanda Tramp prezident idi. O, yarışların təhlükəsizliyini təmin etməyə məcbur edən bir sıra sənədləri imzalayıb. Olimpiada siyasət deyil. O, qırmızı və göy deyil, qırmızı, ağ və göydür”, – deyə Vasserman bildirib.
2028-ci il Yay Olimpiya Oyunları iyulun 14-dən 30-dək Los-Ancelesdə keçiriləcək.