“Kəpəz”in futbolçusu Nicat Süleymanovun futbolinfo.az saytına müsahibəsi

  • Misli Premyer Liqasının 13-cü turunda “Sabah”la 2:2-lik heç-heçə etdiniz…
  • Biz matça qələbə üçün çıxmışdıq. Bütün rəqiblərə qarşı fikrimiz budur. Çünki turnir cədvəlində yerimizə görə bizə xallar lazımdır. Qələbələr qazanmalıyıq ki, yaxşı yerlərə gələk.
  • Demək olar ki, “Kəpəz” özünə gəlməyə başlayıb?
  • Ümumiyyətlə, fikrimiz maksimum nəticədir. Biz turnir cədvəlinin sonuncu pilləsindəyik. Ordan xilas olmaq üçün oynamalıyıq.
  • Ümumiyyətlə, Premyer Liqada yerinizi qoruyub saxlaya biləcəksiz? Ab-hava necədir, düşüncələr necədir bu yöndə?
  • Komandada ab-hava yüksəkdir. Azər Bağırovun rəhbərliyi altında yuxarı pillələrə çıxacağımıza inanıram. Düşünürəm ki, biz bu liqada qalmağı bacaracağıq.
  • Səncə, qış fasiləsinə qədər komanda sonuncu pillədən qurtula biləcək?
  • Buna ümid edirəm.
  • Özünü komandada necə hiss edirsən? Autsayder olan komandada uğurlu mövsüm keçirəcəyinə inanırsan?
  • Özüm intensiv məşqlərimi davam etdirirəm. Komanda ilə hazırlıqlarda əlimdən gələni edirəm. Çalışıram ki, həm komandaya, həm özümə xeyrim dəysin.
  • Qarşıda “Araz-Naxçıvan”la görüş var. Bu rəqib son turlarda çox uğurludur. Onları məğlub etmək mümkün olacaq?
  • İnanıram ki, onların məğlubedilməzlik seriyasını qıracağıq. Komandamız bu gücə sahibdir.

AĞA

Shares: