Bu gün Polşanın Pila şəhərində 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürüb.
Futbolinfo.az xəbər verir ki, yarışın ilk günündə Azərbayca yığması 4 medal qazanıb.
Komandamızın heyətində 9 idmançısı medallar uğrunda mübarizə aparıb.
Qadınlar arasında Fidan Əlizadə (57 kq) Avropa çempionu olub. Aydan Vəliyeva (52 kq) isə gümüş medalla kifayətlənib.
Kişilər arasında isə Hüseyn Allahyarov (hər ikisi 60 kq) Avropanın ən güclüsü olub. Rüfət Şövlətov (73 kq) bürünc medal əldə edib.
Noyabrın 17-dək davam edəcək yarışda Azərbaycan 15 cüdoçu ilə təmsil olunur.