İtaliyanın “Yuventus” komandası futbolçusu Pol Poqba ilə rəsmən yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Antidopinq qaydalarını pozan Poqba bu səbəbdən 4 il müddətinə diskvalifikasiya edilib. Daha sonra onun cəzası 18 aya qədər azaldılsa da, “Yuventus” rəhbərliyi futbolçunun xidmətində maraqlı olmayıb.

Shares: