Azərbaycan I Liqa klubu “Karvan” çempionatda yaranmış fasilədən səmərəli istifadə edir. Yevlaxlılar milli komandaların oyunları üzündən liqa matçlarına ara verilməsinin əvəzini sınaq qarşılaşmaları ilə çıxır.

Futbolinfo.az xəbər verir ki, bölgə klubu bu gün Region Liqasında mübarizə aparacaq “Xankəndi” ilə qarşılaşacaq.

Görüş Yevlax şəhər stadionunda baş tutacaq. Qarşılaşmanın start fiti saat 15:00-da səslənəcək.

Shares: