Fransanın “Olimpik” (Lion) mövsümün sonuna qədər borclarını ödəməsə, Liqa 1-i tərk edəcək.

Futbolinfo.az xəbər verir ki, hazırda maddi sıxıntılar yaşayan kluba transfer qadağası qoyulub.

Fransa Futbol Maliyyə Nəzarət Orqanı bu klubla bağlı araşdırmanı yekunlaşdırıb. Borcları 458 milyondan 508-ə milyona yüksələn klub ciddi sanksiyalarla üz-üzə qalıb. Aşağı liqaya yuvarlanmaqdan başqa, Lion klubuna transfer qadağası və futbolçuların maaşlarının ödənilməsi ilə bağlı tələblər qoyulub.

Lion şəhərinin eyni adlı komandası borclarını ödəyə bilməyəcəyi təqdirdə növbəti mövsüm Fransa Liqa 2-də mübarizə aparacaq.


“Olimpik” Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”la üz-üzə gələcək. Qarşılaşma noyabrın 28-də Bakıda keçiriləcək.

Shares: