Bu gün UEFA Millətlər Liqasında 5-ci tura yekun vurulacaq. Son oyun günündə 9 matç keçiriləcək.

C Liqasının 1-ci qrupunda yer alan Azərbaycan millisi Qəbələ şəhər stadionunda Estoniyanı qəbul edəcək. Fernandu Santuşun rəhbərlik etdiyi yığmamız bu rəqiblə son görüşündə – 3-cü tur oyununda 1:3 hesabı ilə uduzub. Millimiz bu oyunda qələbə qazanmasa, D Liqasına yuvarlanacaq.

Türkiyə millisi qrupdakı əsas rəqibi Uelsi qəbuledəcəksə, bu gün həmçinin Almaniya Bosniya və Herseqovina ilə, Niderland Macarıstanla üz-üzə gələcək. Qonşu Gürcüstan isə Ukraynanı qonaq edəcək.

A Liqası

3-cü qrup

23:45. Almaniya – Bosniya və Herseqovina

23:45. Niderland – Macarıstan

Xal: Almaniya – 10, Niderland – 5, Macarıstan – 5, Bosniya və Herseqovina – 1.

B Liqası

1-ci qrup

21:00. Gürcüstan  – Ukrayna

23:45. Albaniya – Çexiya

Xal: Çexiya – 7, Gürcüstan – 6, Albaniya – 6, Ukrayna – 4.

4-cü qrup

21:00. Monteneqro – İslandiya

21:00. Türkiyə – Uels

Xal: Türkiyə – 10, Uels – 8, İslandiya – 4, Monteneqro – 0.

C Liqası

1-ci qrup

18:00. Azərbaycan – Estoniya

23:45. İsveç – Slovakiya

Xal: İsveç – 10, Slovakiya – 10, Estoniya – 3, Azərbaycan  – 0.

D Liqası

2-ci qrup

21:00. Andorra – Moldova

Xal: Moldova – 6 (3 oyun), Malta – 6 (3 oyun), Andorra – 0 (2 oyun).

Sabah Millətlər Liqasında qrup mərhələsinin son turu start götürəcək.

Shares: