“Legionlerlər barədə fikrimiz dəyişməz olaraq qalır. Bədavi və digər legionerləri kapitan olaraq görmək istəmirik. Milli komandanın kapitanının legioner olması birbaşa biabırçılıqdır”.

Bu sözləri futbolinfo.az saytına açıqlamasında milli komandamızın əsas azarkeş qrupu olan “Göyqurdlar”ın rəhbəri Elnur Şərifli deyib.

Elnur bəy, Mehdi Cənnetovu milliyə dəvət etmədiyinə görə Fernandu Santuşa öz təşəkkürünü bildirib:

“Bu gün milli komandanı dəstəkləmək üçün 200-dən artıq üzvümüz ilə Qəbələyə yola düşmüşük. Tribunamızda 275 üzvümüz olacaq və yığmamızı bu vacib oyunda tək buraxmayacağıq. İndiki dövrdə dünyanin bir çox ölkələrində milliləşdirilmiş futbolçular görmək mümkündür. Təbii ki, bu oyunçular yerli futbolçularımızdan 2 baş üstün olmalıdırlar. Lakin həmin milliləşdirilmiş oyunçular öz yetirmələrimizlə eyni və ya daha aşağı səviyyələrdədirsə, bu hal bizim üçün qəbuledilməzdir. Fikrimizi həm federasiya rəsmilərinə, həm də Fernandu Santuşa çatdırmışıq. Santuşa sizin vasitənizlə təşəkkür edirik ki, Slovakiya oyunu öncəsi bu barədə etdiyimiz söhbətdə fikrimizi qeydə alaraq, Estoniya ve İsveç matçları üçün milliləşdirilmiş qapıçı olan Mehdi Cənnətovu çağırmadı. Biz öz yetirmələrimizə inanırıq. Rza Cəfərovun Mehdi Cənnətovdan geri qalmadığını və əksinə daha güclü qapıçı olduğunu düşünürük”.

GÜNAY SÜLEYMANOVA

Shares: