“Fikrimcə, bu gün daha fərqli milli görəcəyik. Doğma azarkeşlər önündə yığmamızdan ancaq qalibiyyət gözləyirik”.
Bu sözləri futbolinfo.az saytına açıqlamasında Rauf Əliyev Azərbaycan – Estoniya oyunu haqda danışarkən deyib.
Sabiq futbolçu millimizin qalib gələcəyini düşündüyünü söyləyib:
“Bu gün millimizin qalib gələcəyini düşünürəm. Doğma meydanda oynayırıq. İlk matçda da üstün tərəf biz olsaq da, sadəcə epizodları istifadə edə bilmədik. Xüsusilə də oyunun ilk dəqiqələrində olanları. Bunun ardınca rəqib fürsətdən yararlanaraq, qələbə qazanmışdı”.
Əliyev 3 gün sonra İsveç millisinə qarşı keçiriləcək oyun haqda da fikirlərini bölüşüb:
“Növbəti rəqibimiz İsveç millisidir. Estoniyadan fərqli olaraq, onlar daha güclü heyətə malik, güclü rəqibdir. Səfərdən yaxşı nəticə ilə qayıtmaq çox çətindir. Bərabərlik belə yığmamız üçün böyük nəticə ola bilər. İşimizin çətin olmasına baxmayaraq, hər iki oyunda millimizə uğurlar arzulayıram”.
GÜNAY SÜLEYMANOVA