“İşğaldan azad olunmuş Azərbaycan torpağının adını layiqincə təmsil etmək istəyirik”. Bu sözləri yeni yaradılmış “Xankəndi” klubunun baş məşqçisi İbrahim Uzunca deyib.

Türkiyəli mütəxəssis Azərbaycanda 17 ilə yaxın çalışdığını və əsas məqsədlərinin II Liqaya yüksəlmək olduğunu bildirib.

Qeyd edək ki, Region Liqası təmsilçisi olan “Xankəndi” bu gün ilk yoxlama görüşünü keçirib. Klub Yevlaxda “Karvan”la qarşılaşıb. Heç-heçə başa çatan görüşdə qonaqlardan 8-ci dəqiqədə fərqlənən Sabir Allahquliyevin qoluna 68-ci dəqiqədə Bəhruz Teymurov cavab verib.

“Xankəndi” növbəti yoldaşlıq görüşünü ll Liqa təmsilçisi “Şəfa” ilə keçirəcək.

Shares: