Stanislav Çerçesovun rəhbərlik etdiyi Qazaxıstan millisi Millətlər Liqasında yeni antirekord müəyyənləşdirib.
Komanda yarışın 6-cı turunda Norveçə 0:5 hesabı ilə uduzub. Nəticədə Qazaxıstan yığmasının cari Millətlər Liqasında buraxdığı qolların sayı 15-ə çatıb. Bu isə turnir tarixinin antirekordudur.
Belə ki, Qazaxıstan millisi cari mövsümdə keçirdiyi 6 oyunda heç bir qələbə qazana bilməyib. Komanda 1 dəfə heç-heçə edib, 5 dəfə isə məğlubiyyətlə üzləşib. Bütün görüşlərin nəticələrinə əsasən, Qazaxıstan komandası B divizionundan aşağı liqaya – C Liqasına düşüb.
Sabah İsveçlə qarşılaşacaq yığmamızın da beləaqibətlə üzləşməsi realdır.