David de Xea yeni müqavilə imzalayacaq. “Fiorentina”da yenidən səviyyəsini sübut edən ispan qolkiper klubdan gələn təkliflə razılaşıb.
“Mançester Yunayted”dən ayrıldıqdan sonra bir ildən artıq müddətdə işsiz qalan 34 yaşlı qolkiper cari mövsümün əvvəlində azad agent kimi İtaliya klubuna keçib. Onunla mövsümün sonunadək müqavilə imzalanıb. Amma əla oyunu sayəsində qapıçı yenidən bir çox klubun diqqət mərkəzinə düşüb. “Bənövşəyilər” isə ondan tam razıdır və ispanı heç yerə buraxmayacaq.
Anlaşmada onu daha bir il uzatmaq haqda bənd var. Klub istərsə, de Xeanı daha bir mövsüm saxlamaq hüququnu özündə saxlayır. Lakin florensiyalılar daha uzunmüddətli əməkdaşlıq arzulayır və ispana ilk təklifi təqdim edib.