Randal Kolo-Muani Fransada qalacaq. Şayiələrə baxmayaraq, o, qış fasiləsində PSJ-ni tərk etmək niyyətində deyil.
Futbolinfo.az xəbər verir ki, bu barədə hücumçu özü məlumat verib: “Yanvarda hər hansı dəyişiklik gözlənilmir. Daha çox çalışacam və özümü sübut edəcəm. PSJ-də məni hər şey qane edir, ayrılıq haqda hətta düşünmədim də”.
Paris klubu lə 2028-ci ilin yayınadək müqaviləsi olan Randal baş məşqçi Luis Enrikenin qara siyahısındadır. Onun “Leypsiq”ə icarəyə veriləcəyi haqda söhbətlər var.