18 fevral 2025-ci ildə Londondakı O2 Arenada F1 Live şousu keçiriləcək. Burada çempionatda iştirak edən bütün 10 komandanın yeni avtomobillərinin ümumi təqdimatı olacaq.
Biletlər artıq satışa çıxarılıb və bir saatdan az müddət ərzində satılıb. Qeyd edək ki, arenanın yer tutumu təxminən 20 minə bərabərdir.
Azarkeşləri məyus edən əsas məqamlardan biri biletlərin bir hissəsinin alverçilərə qismət olmasıdır. Onlar biletləri hazırda onlayn hərraclarda üç dəfə baha qiymətə satırlar.
Son vaxtlar biletlərin alverçilər tərəfindən alınması problemi getdikcə aktuallaşır və bütün populyar musiqi ifaçılarını narahat edir. Lakin problemin Formula 1-ə də toxunacağını kimsə gözləmirdi.