Azərbaycan badmintonçuları Zambiyanın Lusaka şəhərində keçirilən “Zambia International” turnirində 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.

Futbolinfo.az xəbər verir ki, qızıl mükafatları şəxsi yarışda qadınlardan Era Maftuha, kişilərin qoşa yarışında Aqil Qəbilov – Diki Pangestu və qarışıq qoşa kateqoriyada Aqil Qəbilov – Era Maftuha tandemi əldə ediblər.

Kişilərin qoşa yarışında Diki Pangestu, qarışıq qoşa kateqoriyada isə Cahid Əlhəsənov – Həcər Nuriyeva dueti gümüş medala sahib çıxıblar.

Daha 2 bürünc mükafatı fərdi çıxışda Həcər Nuriyeva, qadınların qoşa yarışında isə Həcər Nuriyeva – Era Maftuha cütlüyü millinin hesabına yazdırıblar.

Shares: