Federiko Kyeza qışda İtaliyaya qayıda bilər. “Liverpul”da özünü sübut edə bilməyən cinah hücumçusu “İnter”dən təklif alıb (Tuttosport).
Futbolinfo.az xəbər verir ki, milanlılar onu mövsümün sonunadək icarəyə götürmək istəyir. İngilislər razılaşsa, anlaşmaya sonradan satınalma bəndi də əlavə ediləcək.
Kyeza bu yay “Yuventus”dan transfer edilib. “Liverpul” onun üçün 12 milyon avro ödəyib. Amma 2028-ci ilin yayınadək müqavilə bağlayan oyunçu Premyer Liqaya uyğunlaşa bilmir. “İnter”in təklifi onun da ürəyincədir.