“Bizdə 1 illik müqavilə var idi və həmin müqavilənin əsasında təklif olunan artırmanı mən istəmədim. Bunun da səbəbi klubdaxili problemlərdir. Düşünürəm ki, onları deməyə ehtiyac yoxdur”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında II Liqa klubu “Şəmkir”in sabiq baş məşqçisi Ceyhun Əhmədov deyib.
Əhmədov hazırda daha da inkişaf etmək və yeni metodlar öyrənməyə çalışdığını bildirib: “Komanda pis çıxış etmirdi. Müqaviləyə şəxsən özüm xitam verərək, əlavə 6 ayı istəmədim. Hazırda planım daha da inkişaf etmək və yeni metodlar öyrənməkdir. Lakin fəlsəfəmə, yanaşmama uyğun klub olarsa, karyeramı yenidən baş məşqçi kimi davam etdirmək istəyərəm. Amma olmasa, yenə də təhsilimə, öyrənməyə davam edəcəyəm”.
Ceyhun bəy “Şəmkir”in yeni baş məşqçisi Vüqar Nadirov haqda da fikirlərini bölüşüb: “Vüqar Nadirovla futboldan kənar da dostluğumuz, yoldaşlığımız olub. Çox yaxşı insandır. Azərbaycan futboluna öz töhfələrini verib. Karyerasında uğurlar arzulayıram. İnşallah, daha da yüksək yerlərə gələr”.
GÜNAY SÜLEYMANOVA