Kristian Eriksen yayda “Mançester Yunayted”dən ayrılacaq. Danimarkalı yarımmüdafiəçi ilə mövsümün sonunda bitəcək anlaşmanın müddəti uzadılmayacaq.
Futbolinfo.az xəbər verir ki, zədələr üzündən əsas heyətin daimi üzvünə çevrilə bilməyən oyunçudan klub rəhbərliyi narazıdır. Yeni baş məşqçi Ruben Amorim də heyəti yeni transferlər sayəsində gəncləşdirməyi düşünür. Belədə 32 yaşlı Eriksenə ehtiyac duyulmayacaq.
Eriksen 2022-ci ilin yayından bəri azad agent kimi gəldiyi Mançester klubundadır.