“Arsenal” Rafinyanı İngiltərəyə qaytarmaq istəyir. Londonlular braziliyalı üçün “Barselona”ya 90 milyon avro ödəməyə hazırdır.

Futbolinfo.az xəbər verir ki, kanonirlər İspaniya nəhəngi ilə təmasa keçib. Lakin hələ rəsmi təklif göndərilməyib. 27 yaşlı oyunçu klub dəyişməyə etiraz etməyəcəyi təqdirdə danışıqlar rəsmən başlayacaq. “Arsenal” yayı gözləmədən, yanvarda bu keçidi tamamlamaq niyyətindədir.

Rafinya 2022-ci ildə “Lids”dən 58 milyon avroya transfer edilib. Onun katalonlarla mövcud müqaviləsi 2027-ci ilin iyulunda bitəcək.

Shares: