Niderland yığmasının iki futbolçusu Millətlər Liqasında Bosniya və Herseqovinaya qarşı matçda iştirak etməyəcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ronald Kuman açıqlama verib.

O, Vircil van Deyk və Frenki de Yonqun sözügedən oyunda meydana çıxmayacağını söyləyib.

Mütəxəssis tibbi səbəblərə görə belə bir qərarın verildiyini bildirib.

Bosniya və Herseqovina – Niderland qarşılaşması noyabrın 19-da baş tutacaq.

Shares: