İtaliya millisi UEFA Millətlər Liqasında Fransaya evdə 1:3 hesabı ilə məğlub olub. Nəticədə, fransızlar qrupu birinci, “skuadra adzurra” isə ikinci pillədə başa vurub.

Futbolinfo.az “Opta”ya istinadən xəbər verir ki, İtaliya millisi 1983-cü il oktyabrın 15-dən sonra ilk dəfə evdə rəsmi matçda iki və ya daha çox top fərqi ilə məğlub olub.

O vaxt italyanlar Avropa çempionatının seçmə mərhələsində İsveçə 0:3 hesabı ilə uduzmuşdu.

İtaliya millisinin üzvləri növbəti dəfə UEFA Millətlər Liqasının 1/4 final matçlarını keçirəcəyi mart ayında bir araya gələcək. Turnirin bu mərhələsinin püşkatma mərasimi noyabrın 22-də keçiriləcək.

Shares: