Argentinalı ulduz Lionel Messinin Bakıya gələcəyi tarix dəqiqləşmək üzrədir. Onun dekabrın ortalarında və ya yanvarda ölkəmizə səfər edəcəyi barədə məlumat var idi. İndi isə dekabrın 9-u dəqiq tarix kimi bildirilir.
“İnter Mayami”nin ulduzu ilə dostluq əlaqələri olan azərbaycanlı iş adamı Adnan Əhmədzadə bu səfərin əsas təşəbbüskarıdır. COP29-da iştirak etmək üçün məşhur ulduz Ronaldinyonu, “Barselona”nın prezidenti Xuan Laportanı Bakıya gətirən həmyerlimiz indi də Messinin razılığını alıb.
Leonun bir şirkətin reklam çəkilişləri üçün Bakını seçdiyi deyilir. Onun ASTA Futbol Akademiyasının təşkil etdiyi tədbirə qatılacağı da gələn xəbərlər arasındadır. Lakin səfərlə bağlı hələlik hər hansı rəsmi təsdiq yoxdur.
Əhmədzadənin son vaxtlar futbola bu qədər diqqət yetirməsi təsadüfi deyil. “Kəpəz”ə sponsorluq edəcəyi deyilən iş adamın gələcək üçün daha ciddi planları da var.