“Mançester Yunayted” yeni baş məşqçi Ruben Amorimin rəhbərliyi altında ilk məşqinə çıxıb. Dünən portuqalyalı mütəxəssis işə başlayıb.

Əksər futbolçular müxtəlif milli komandaların düşərgəsinə yollandıqlarından yeni baş məşqçinin sərəncamında əsas heyət üzvlərindən cəmi 10 nəfər olub. Hazırlıq prosesinə cəlb edilən digər futbolçular “Mançester Yunayted”in akademiyasından olublar.

Qeyd edək ki, Mançester klubu Amorimin rəhbərliyi altında ilk oyununu noyabrın 24-də “İpsviç”ə qarşı keçirəcək.

Shares: