2026-cı il mövsümündən başlayaraq, Kanada Qran Prisi mayın üçüncü və ya dördüncü həftəsində keçiriləcək. Bu barədə Formula 1-in mətbuat xidməti məlumat yayıb.

Kanada mərhələsinin təşkilatçıları çempionat təqvimini optimallaşdırmaq üçün rəhbərliyin arqumentləri ilə razılaşıblar. Xatırladaq ki, bu il Kanada Qran Prisi iyunun 7-dən 9-dək keçirilib.

Formula 1-in baş direktoru Stefano Domenikali: “Bu dəyişiklik təqvimimizin gələcək planını nəinki daha dayanıqlı, həm də komandalar və işçilər üçün logistik baxımdan daha münasib edəcək”.

“Təqvimə dəyişiklik Formula 1 ilə daha davamlı gələcəyə sadiqliyimizdə mühüm addımdır. Bu bizim idman hadisələrinin idarə edilməsini ətraf mühitin qorunması ilə birləşdirmək istəyimizi nümayiş etdirir”, – deyə Kanada Qran Prisinin promouteri Jan-Filipp Paradis əlavə edib.

Shares: