Belçika millisinin sabiq futbolçusu, hazırda ölkəsində “Antverpen” klubunun formasını geyinən Tobi Alderveyreld cari mövsümün sonunda peşəkar karyerasını başa vuracaq.


Futbolinfo.az xəbər verir ki, 35 yaşlı müdafiəçi 6 aydan sonra karyerasını bitirəcəyini açıqlayıb.

O, “Antverpen”in heyətində titul qazanmaq istədiyini vurğulayıb.

Alderveyreld karyerası ərzində İngiltərənin “Tottenhem”, İspaniyanın “Atletiko” və Niderlandın “Ayaks” klublarının da formasını geyinib. O, Belçika yığmasındakı karyerasını 2022-ci ildə başa vurub.

Shares: