“Atletiko” baş məşqçisini dəyişə bilər. Madridlilər 13 ildir komandaya rəhbərlik edən Dieqo Simeone ilə vidalaşmaq qərarına gəlib.

Futbolinfo.az xəbər verir ki, 54 yaşlı argentinalı da vidaya hazırdır. Ayrılıq hətta bu qış, ən geci mövsüm bitən kimi baş tuta bilər. Simeone başqa layihədə özünü sınamaq istəyirsə, madridlilər ab-havanı dəyişmək, klubun iddialarını artırmaq niyyətindədir.

İspaniya mətbuatı Simeoneni əvəzləmək şansı olan mütəxəssislərin siyahısını da tərtib edib. Klubun əfsanəsi olan, hazırda ikinci komandaya rəhbərlik edən Fernando Torres, Yürgen Klopp, Luis Enrike, Maurisio Poçettino, Unay Emeri və Marselinyo Qarsiya Toral bu posta əsas namizədlər sayılır.

Shares: