İtaliya A Seriyasında ilin məşqçisi mükafatına namizədlərin adları müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, mükafat üçün Simone İnzaqi (“İnter”), Can Pyero Qasperini (“Atalanta”) və Tyaqo Motta (“Bolonya”/”Yuventus”) mübarizə aparacaq.
“İnter”, “Atalanta” və “Yuventus” həmçinin ilin ən yaxşı klubu adı uğrunda mübarizə aparacaq.
Mərasim dekabrın 2-də keçiriləcək.