Bü günlərdə bütün dünyanın diqqəti Bakıda keçirilən COP29 tədbirindədir. Dünya səviyyəli bir tədbirin ölkəmizdə təşkili vətəndaşlarımızın hər birinin onunla əlaqəli olması deməkdir. Sahəsindən asılı olmayaraq, hər bir azərbaycanlı COP-la bağlı müəyyən mərasimlərin iştirakçısıdır. Bu baxımdan idman sahəsinin nümayəndələri də böyük beynəlxalq tədbirdən kənarda qalmırlar.

Son günlər ərzində ölkəmizi xeyli sayda idman adamı ziyarət edib. Onların hər biri dünyada tanınmış simalardır. Canni İnfantino, Ronaldinyo, Fatih Terim və Xuan Laporta beynəlxalq aləmdə, xüsusilə də futbol dünyasında böyük nüfuza sahib insanlardır.

İqlim dəyişikliyinin fəsadlarına məşhur simaların laqeyd qalmaması sevindirici haldır. Dünyada milyonlarla pərəstişkarı olan bu insanlar, ekoloji vəziyyətin gündən-günə pisləşməsinin qarşısını almaqda mühüm rol oynaya bilərlər. Məhz buna görə də dövlətimizin keçirdiyi beynəlxalq tədbirdə idman sahəmizin də rolunu qeyd etməliyik.

Bu mənada flaqman rolunda “Qarabağ” futbol klubunun çıxış etdiyini görmək mümkündür. Uzun illərdir ölkə futbolumuzun nüfuzunu qoruyan, onu biabır olmağa qoymayan, öz strukturu və dünya səviyyəli idarəetməsi ilə seçilən klub bu dəfə də digər qurumlara nümunə oldu. Dünyanın istənilən bir yerində hər kəsin tanıdığı 10 klubla birlikdə yaradılan alyans “Qarabağ”ın müasir tendensiyalardan xəbərdar olması və gündən-günə inkişaf etmək istəyindən xəbər verir.

467147717 1113242343504132 6560647057145288716 n 1024x683 1 - Futbolinfo.az

Bu gün bütün dünya qarşısında ən vacib problemlərdən biri qlobal istiləşmənin qarşısını almaq, planetimizin qorunmasını təşkil etməkdir. Çalışdığı sahədən asılı olmayaraq , istənilən insan bunu vacib borc kimi bilməlidir. “Qarabağ” klubunda çalışanlar da bunu gələcək nəsillər qarşısında borc bildiklərini nümayiş etdirirlər. İngiltərənin “Liverpul” və “Tottenhem”, Türkiyənin “Fənərbaxça” və “Qalatasaray”, İspaniyanın “Atletiko” və “Betis”, İtaliyanın “Udineze”, Portuqaliyanın “Portu”, İsveçin “Malmö” və Braziliyanın “Flamenqo” komandalarının yer aldığı alyansın yaradılması futbol sahəsində bir yenilikdir. Görünən odur ki, milyonlarla pul qazanmağı bacaran futbol klubları təkcə qazanc haqqında düşünmür, öz övladlarının və gələcək nəsillərin də qeydinə qalır.

8d794ba5 12bd 42b9 894c f94004cba9c8 1024x682 1 - Futbolinfo.az

Əlbəttə ki, “Qarabağ”ın belə böyük klublarla birlikdə alyans yaratmasının səbəblərindən biri komandanın son illərdə Avropa kuboklarında qazandığı uğurlardır. Bu turnirlərdəki nəticələr sayəsində “Qarabağ” beynəlxalq arenada nüfuz qazanıb. Bu nüfuza görə də onun səsinə dərhal səs verən klubların sayı kifayət qədərdir. Ən vacibi isə odur ki, klub əldə etdiyi bu nüfuzdan ölkəmiz üçün məharətlə istifadə edir.

Bacarıqlı kadrlar da bu missiyada önəmli faktordur. “Qarabağ”ın rəsmisi Asif Əsgərovun Avropa Klublar Birliyindəki səmərəli fəaliyyəti, işi ilə qazandığı nüfuz onun dəvətinə müsbət cavab verilməsi ilə nəticələnib.

Təsəvvür edin ki, Azərbaycanda beynəlxalq səviyyəli tədbir keçirilir və idman sahəsi buna öz töhfəsini vermir. Azərbaycanın bütün strukturlarının isştirak etdiyi BMT-in İqlim Dəyişikliyi üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında idmanın olmaması gülünc görünə bilərdi. Xüsusilə də son illərdə idman sahəsinin ətraf mühitə təsiri çox böyükdür. Futbol infrastrukturunda ekoloji təmiz maddələrdən istifadə, logistik məsələlər zamanı ekologiyaya az ziyan vurma mexanizmləri və digər məqamlar artıq nəzərə alınır. Belə olan halda təbiətin qorunması məsələsində idmanın kənarda qalması düzgün çıxmır. Bu baxımdan “Qarabağ” klubunun təşəbbüsünün qiyməti daha çox olur.

341896d9 5493 401f 89fd f902001c1786 1024x682 1 - Futbolinfo.az

Onu da əlavə edək ki, dünyada bir sıra məşhur idmançılar ekolji fəallıq göstərirlər. Onlar arasında ən çox yadda qalanı Lionel Messi, Rafael Nadal, Lindsi Vonn və Lyuis Həmiltondur. Amerikalı dağ xizək yarışçısı Lindsi Vonn 2018-ci ildə idman və təbiət sahəsində arzularına çatmaq üçün uşaqlara yardım fondu təşkil edib. Məşhur futbolçu Lionel Messi ölkəsində müxtəlif ekoloji layihələrdə yaxından iştirak edir. Argentinalı futbolçu vətənindəki meşələrin qorunmasında ciddi xidmətlərə malikdir.  Əfsanəvi tennisçi Rafael Nadal anadan olduğu Malyorkada turizmin inkişafı və yerli ekosistemin qorunmasında fəaillıq edir.

466738410 1111125357049164 7021271287995550486 n 1 - Futbolinfo.az

Yazılanlara sonda təəssüf hissi ilə bir neçə cümlə də əlavə edilməlidir. Bu gün təbiəti çirkləndirən təkcə futbolçular və yaxıd da “Qarabağ” klubu deyil. Təəssüf hissi ilə qeyd edilməlidir ki, digər sahələr bu tədbirdən lazımınca istifadə edə bilmədilər. Hazırda təbiəti ən çox çirkləndirən idman yarışlarından biri Formula 1-dir. Komandalar son illərdə bununla bağlı işlər görməkdədir. Artıq elektrik maşınlarının iştirak etdiyi Formula E çempionatı var. Formula 1-in özü də ekoloji təmiz yanacağa keçməkdədir. Pilotlar və komandalar arasında təbiətin qorunmasına xüsusi diqqət yetirən insanlar da kifayət qədərdir. Elə dördqat dünya çempionu Sebastyan Fettel də təbiətin aktiv müdafiəçilrindən sayılır. Belə bir şəxsi də yada salıb paytaxtımıza gətirmək böyük addım olardı. Lakin görünən odur ki, idman sahəsində təbiətə canı yanan bircə “Qarabağ” klubudur, bir də biz.

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares: