İtaliyanın “Yuventus” klubunun hücumçusu Duşan Vlahoviç zədələnib.
Futbolinfo.az xəbər verir ki, o, Serbiya yığmasının heyətində Danimarka ilə qolsuz yekunlaşan UEFA Millətlər Liqasının matçında sıradan çıxıb.
Vlahoviçin nə vaxt sıraya dönəcəyi bəlli deyil.
Vlahoviç 2022-ci ildən Turin təmsilçisində çıxış edir. “Yuventus” noyabrın 23-də A Seriyasında “Milan”la üz-üzə gələcək.