Milli Basketbol Assosiasiyasının dördqat çempionu Şakil O’Nil keçmiş MBA oyunçusu Duayt Hovardın son müraciətinə münasibət bildirib.

“Şak, necəsən? Gəlin çörəyimizi qazanaq. Rinqə çıxaq”, – deyə Hovard Taysonun döyüşündən ilhamlanaraq sosial media səhifəsində mesaja boks əlcəyi zmodzisi əlavə edərək yazmışdı.

“Mənimlə rinqə çıxmaq istəyənin barmağına birdən çox üzük (MBA-da çempionluğa görə verilən üzük nəzərdə tutulur) olmalıdır. Bu, Rob Qronkovski kimi əsl çempion ola bilər”, – deyə Şakil cavab verib.

Xatırladaq ki, Hovard “Los-Anceles Leykers”in heyətində 2020-ci ildə çempion olub.

Shares: