Lionel Messi milli komandalar tarixində məhsuldr ötürmə rekordunu təkrarlayıb. 37 yaşlı hücumçu buna DÇ-2026-nın seçmə mərhələsində Peru millisinə qarşı matçda nail olub.
Argentina yığmasının 1:0 hesabı ilə qalib gəldiyi görüşdə məhsuldar ötürmə ilə yadda qalan Leo assistlərinin sayını 58-ə çatdırıb. O, bu göstəricidə indiyədək lider olan ABŞ millisinin əfsanəvi oyunçusu Lendon Donovana çatıb. Amerikalı bu rekorda 10 il əvvəl çatmışdı.
Eyni gündə Braziliya millisinin üzvü Vinisius Junior şəxsi antirekordunu yeniləyib. Braziliya millisinin lideri Uruqvayla ev matçında (1:1) yenə azarkeşlərini məyus edib. Ötən tur penaltini boşa verən hücumçu Dünya Çempionatlarının seçmə mərhələsində ardıcıl 7 oyundur qol vurmur. O, son 5 oyunda məhsuldar ötürmə də verə bilməyib.