“İnter Mayami” yeni baş məşqçiyə tapşırılacaq. ABŞ klubu uğursuz nəticələr üzündən Xerardo Martino ilə yollarını ayırdığını açıqlamağa hazırlaşır.
Futbolinfo.az xəbər verir ki, komandanın ulduzu Lionel Messinin məsləhəti ilə MLS klubuna təyin olunmuş argentinalı çalışdırıcı ümidi doğrultmadı. Ötən ilin yayından bu postu tutan 62 yaşlı mütəxəssis qalan 6 ay üçün təzminat alacaq.
Mayamililər yeni baş məşqçini bu ay ərzində seçməlidir.