AFFA rəhbərliyini ya yenə sabiqlər, onların kadrları idarə edir, ya da hamısı elə eyni adamdır. Ən azı Hakimlər Komitəsini sabiq baş katib Elxan Məmmədovun əlaltılarının idarə etdiyi şübhəsizdir.

Aylardır Elçin Məsiyevin “Araz-Naxçıvan”ın “ştatlı hakimi” olmasını yazır, FIFA referisinin bu klubun idarəçisi Zaur Axundovun əmrlərini yerinə yetirdiyini yazırıq. Təsadüfi deyil, bu hakimin olduğu matçlarda Axundovun komandaları – indi “Araz-Naxçıvan”, əvvəllər “Keşlə” – həmişə yalnız rəğbət görüb. Elə bu mövsüm də Məsiyev baş hakim və ya VAR hakimi kimi muxtar respublika təmsilçisinin qulluğunda az dayanmayıb.

Misli Premyer Liqasının 11-ci turunda baş tutan “Qarabağ” – “Şamaxı” matçında yol verdiyi ciddi səhvə görə cəzalanmış Elçin qayıdan kimi yenə sevimli komandasının matçına təyinat alıb. Həmin qarşılaşmada şəriki Cavid Cəlilova VAR-da düzgün yardım etməyən Məsiyev iki tur kənarda saxlanılmışdı. İndi “Araz-Naxçıvan” üçün kritik oyunların birində, “Kəpəz”lə səfər qarşılaşmasında o yenə “xilasedici” paltarı geyəcək.

Shares: