Leroy Sane “Bayern”də qala bilər. Almaniya yığmasının yarımmüdafiəçisi bu haqda “Bild”ə açıqlamasında bldirib.
Futbolinfo.az xəbər verir ki, yayda münhenlilərlə müqaviləsi bitən, klubun yeni təklifini rədd edən Sane hələ qərar verməyib. Amma “Bayern”lə danışıqlar davam edir: “Nə olacağını deyə bilməyəcəm. Danışıqlar davam edir və çox yaxşı irəliləyir. Münhendə çox rahatam, qarşıdakı matçlara köklənmişəm”.
Leroy “Arsenal” və “Mançester Yunayted”ə keçmək perspektivi haqda üstüörtülü danışıb: “İngiltərə Premyer Liqasını mütəmadi izləyirəm. Amma mənim üçün önəmli olan daim oynayacağım, uğurlar qazanacağım, çempionluq mübarizəsində olacağım komandada çıxış etməkdir. Bütün bunlar “Bayern”də var”.