“Bəzi futbolçular Azərbaycanda normal səviyyədə oynasa da, Avropaya gedəndə özlərini itirir. Ona görə də uşaqları yetişdirmək, Avropa səviyyəsinə çatdırmaq lazımdır ki, bu səviyyəli oyunlara hazır olsunlar”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov deyib.

Qasımov yığmamızın Millətlər Liqasında D Liqasına düşməsinin səbəbinin uşaq futbolunda olduğunu bildirib: “Belə oyunlardan sonra danışmaq hər zaman çətindir. Hardasa bəxtimiz gətirmədi. Vacib futbolçuların oynamaması, lazım olanda “yoxa çıxmaları” ilə yerləri görsəndi. Amma buna baxmayaraq, milli komandamız pis vəziyyətdə də olsa, hər zaman dəstəkləyəcəm. Düzdür, bu oyunlar hamıya ağır gəldi, amma futbolçuları da yalnız buraxmaq lazım deyil. Bu gün bu yerdə olmağımızın səbəbi uşaq futboludur. İllərdi bu sözü deyirik. Hazırda uşaq futbolunda böyük problemlər var”.

GÜNAY SÜLEYMANOVA

Shares: