“Komandada çox yaxşı atmosfer var”.

Futbolinfo.az xəbər verir ki, bunu “Ordu”nun basketbolçusu Camaure Qreqq klubun mətbuat xidmətinə açıqlamasında deyib.

ABŞ-dan olan 25 yaşlı oyunçu Azərbaycan Basketbol Liqasında üç oyun keçirdiklərini xatırladıb:

“Bununla belə, hamı artıq bir-birini çox gözəl tanıyır ki. Elə bil uzun müddətdir ki, birlikdə oynayırıq. Kollektivdə çox yaxşı atmosfer var. Mənə elə gəlir ki, getdikcə daha yaxşı olacağıq. Komandanın inkişafı oyunçuların hər birinin özünü inkişaf etdirməsindən asılı olacaq. Bu komandada oynadığım üçün özümü xoşbəxt hiss edirəm. Hesab edirəm ki, bu komandada xüsusi nəsə var”.

Shares: