“Barselona”nın və Polşa millisinin hücumçusu Robert Levandovski karyerasını bitirəcəyi tarixi açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, 36 yaşlı futbolçu daha 2-3 il oynamaq niyyətində olduğunu deyib.

“Yaşımı nəzərə alaraq bilirəm ki, 2-3 il ərzində karyeram başa çatacaq. Mən butslarımı mismardan asmaq vaxtının gəldiyini deyəcək yeganə insan olmaq istəyirəm. Bir gün oyanıb məşqə getmək istəmədiyimi hiss edəndə, bu, karyeramı bitirmək üçün ilk siqnal olacaq. Hələlik hər səhər heç bir ağrı hiss etmədən oyanıram. Ümid edirəm ki, belə də davam edəcək. Mən hələ də məşqləri və klubda olmağı sevdiyimi hiss edirəm”, – deyə o bildirib.

Levandovskinin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. O, cari mövsümdə meydana çıxdığı 17 oyunda 19 qol vurub.

Shares: