İspaniya mətbuatının məlumatına görə Madrid “Real”ının yarımmüdafiəçisi Arda Gülər icarə əsasında Londonun “Arsenal” klubuna keçə bilər.

Mənbənin sözlərinə görə, londonlular mümkün sövdələşmədə Martin Odeqaardın ingilis klubuna transferi ilə paralel görürlər.

Xatırladaq ki, 2021-ci ilin yanvarında “Arsenal” norveçlini icarəyə götürərək altı ay sonra transfer etmişdi.

Gülər ötən yay “Fənərbağça”dan “Real” keçib. O vaxtdan bəri futbolçu Madrid klubunun heyətində cəmi 24 oyun keçirib və 6 qol vurub.

19 yaşlı türkün “Real”la müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalı onu 45 milyon avro qiymətləndirir.

Shares: