“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ən azı daha bir mövsüm klubda qalacaq. Yaxın günlərdə ispaniyalı ilə müqavilənin “1+1” sistemi ilə uzadılması xəbərinin rəsmən açıqlanacağı gözlənilir.

Məlumatı “Athletic” nəşri yayıb. Mənbənin yazdığına görə, Qvardiola “şəhərlilər” ilə yeni müqavilənin şərtlərini razılaşdırıb. Əvvəlki müqavilənin müddəti mövsümün sonunda başa çatır. Növbəti saziş ən azı bir il davam edəcək və onun daha bir il uzadılması variantı qeyd ediləcək.

Müqavilənin şərtləri hələlik məlum deyil. Pepin hazırkı məvacibi 23,7 milyon avrodur ki, bu da onu dünyada ən çox maaş alan ikinci məşqçi edir. Ondan öndə yalnız “Atletiko”nun baş məşqçisi Dieqo Simeone gəlir. Argentinalının maaşı 34 milyon avrodur.

Xatırladaq ki, yayda “Mirror” qəzeti “Mançester Siti”nin ispaniyalını saxlamaq üçün maaşını xeyli artırmağa hazır olduğunu yazmışdı. İndi isə onun bu baxımdan zirvəyə qalxmaq ehtimalı var.

Shares: