“Hazırda başqa klubdan məşqçi kimi təklif almışam və bu təklifi dəyərləndirməyə çalışıram”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Şamaxı”nın sabiq məşqçisi Ceyhun Rzayev deyib.
Rzayev öz istədiyi ilə komandadan ayrıldığını bildirib: “Mövsümün əvvəlindən “Şamaxı”da işləyirdim. Öz istəyimlə komandadan ayrıldım. Tam dəqiq olduqdan və qərar qəbul edildikdən sonra bu barədə ətraflı məlumat veriləcək”.
Qeyd edək ki, tərəflər arasındakı müqaviləyə dünən qarşılıqlı razılaşma əsasında xitam verilib.
GÜNAY SÜLEYMANOVA