“İnter Mayami” yeni baş məşqçi axtarışına başlayıb. Xerardo Martino ilə vidalaşan MLS klubunu çalışdırmağa namizədlərdən ikisi artıq bəllidir.

Futbolinfo.az xəbər verir ki, “Barselona”dan ayrılandan bəri işsiz olan Xavi Ernandes və Argentinanın gənclər yığmasının baş məşqçisi Xavyer Maskerano mayamililərin danışıq apardığı əsas isimlərdir. Hər iki mütəxəssis dəvətdən məmnundur və şərtləri müzakirə edir.

Hər iki məşqçinin ABŞ klubuna can atmasının səbəbi var. “İnter Mayami”də “Barselona”nın sabiq ulduzları Lionel Messi, Luis Suares, Serxo Buskets, Xordi Alba və başqaları oynayır. Xavi də, Maskerano da keçmiş komanda yoldaşları ilə birlikdə uğur qazanmağın daha asan olacağını düşünür.

Shares: