İspan futbolçu, Avstraliyanın “Vestern Sidney Vonderers” komandasının yarımmüdafiəçisi Xuan Mata Amerikanın “San Dieqo” klubunun ortaq sahiblərindən birinə çevrilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“San Dieqo” Futbol Klubu, ispaniyalı futbol əfsanəsi və dünya çempionu Xuan Matanın tərəfdaş kimi qoşulmasını elan edir. Mata Major League Soccer-də (MLS) mülkiyyət payına sahib olan ilk aktiv əcnəbi oyunçudur. Ona qədər əcnəbi futbolçulardan yalnız Devid Bekhem MLS klubunun sahibi olmuşdu”, – deyə klubun bəyanatında qeyd edilib.