Bədii gimnastika üzrə Rusiya komandasının lideri Lalə Kramarenko “Rusiyanın qüruru: İlin idmançısı” nominasiyasında Milli İdman Mükafatının qalibi olub.
“Burada olmaqdan şadam, bu, mənim üçün böyük şərəfdir. Bu, mənim bütün böyük komandam və İrina Aleksandrovna Viner üçün qələbədir. Onsuz bunların heç biri olmazdı. Sizin qarşınızda baş əyirəm. Anama, atama, bacıma təşəkkür edirəm”, – deyə Kramarenko bildirib.
19 yaşlı Lalə Kramarenko Rusiya çempionu, yeniyetmələr arasında üçqat dünya çempionu və komanda yarışında Avropa çempionu, beynəlxalq Qran Pri mərhələlərinin qalibi və mükafatçısıdır. O, həmçinin 2024-cü ildə Kazanda keçirilən BRİKS oyunlarında fərdi çoxnövçülük və lentlə hərəkətlərdə qələbə qazanıb və iki dəfə beynəlxalq “Heavenly Grace” turnirinin qalibi olub.
Xatırladaq ki, Lalə futbol üzrə Azərbaycan millisinin sabiq qapıçısı Dmitri Kramarenkonun qızıdır.