“Kəpəz” klubunun futbolçusu İlkin Qırtımov əməliyyat olunub.

Futbolinfo.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Əməliyyat uğurla aparılıb. Qırtımovun bərpa müddəti 3 həftə çəkəcək.

Müdafiəçiyə diz oynağının medial meniskin yırtığı diaqnozu qoyulmuşdu.

Shares: