Futbol üzrə Azərbaycan I Liqasında mübarizə aparan “Karvan” 8-ci turda evdə “Qəbələ” ilə qarşılaşacaq.

Yevlaxlılar turun mərkəzi matçına səylə hazırlaşır. Komanda şəhər stadionunun ehtiyat meydançasında gündə bir dəfə məşq edir.

Bu gün baş tutan məşqdə futbolçular iki qrupda çalışıb. Zədədən qayıdanlar bərpaedici və fiziki hazırlıq keçiblər. Digər oyunçular isə toplu çalışmalara üstünlük veriblər.

Xatırladaq ki, 8-ci turun “Karvan” – “Qəbələ”görüşü noyabrın 28-də keçiriləcək. Yevlax şəhər stadionunda baş tutacaq oyunun start fiti saat 14:30-da veriləcək.

Shares: