Norveç millisinin ulduzu Erlinq Haaland sosial şəbəkə hesablarında maraqlı fotolar paylaşıb. Milli oyunlarla bağlı öz ölkəsində olan forvard qarın içində və buzlu suda çimərkən şəkillər çəkdirib. Ulduz futbolçunun bu şəkilləri sosial şəbəkədəki təqibçiləri tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının cari mövsümündə 24 yaşlı Erlinq Haaland 11 oyun keçirib və 12 qol vurub. Onun Çempionlar Liqasında da dörd oyunu və üç qolu var.

“Mançester Siti” 2024/2025 mövsümündə İngiltərə Premyer Liqasının turnir cədvəlində ikinci yerdədir. Pep Qvardiolanın komandası 11 görüşdən 23 xal toplayıb.

Haalandın şərəfini qoruduğu milli komanda isə Millətlər Liqasında öz qrupunu lider kimi tamamlayıb.

370661bc 24b4 498d a538 577f471b029a - Futbolinfo.az
Shares: