“Qarabağ” Avropa Liqasının əsas mərhələsinin 5-ci turunda Lion “Olimpik”i ilə üz-üzə gələcək.

Futbolinfo.az xəbər verir ki, noyabrın 28-də baş tutacaq görüşdən əvvəl rəqibin vəziyyəti kritik həddə çatıb. Fransa klubu ciddi maliyyə böhranı ilə üz-üzədir. Komandanın növbəti mövümdən ikinci liqada mübarizə aparacağı gözlənilir.

Bu, əslində, “Qarabağ”ın qələbəsinə ümidləri artırır. Lionluların vəziyyətindən istifadə edib doğma azarkeşlər önündə növbəti 3 xalı qazanmaq olar. Bəs, fransalı jurnalistlər bu matç və rəqibimiz haqqında nə düşünür?

Müstəqil jurnalist kimi fəaliyyət göstərən Pierre-Julien Pera fransızlarda vəziyyətin kritik olduğunu bildirib: “Bəli, vəziyyət kritik görünür. DNCG (Fransa Maliyyə Nəzarəti Departamenti) “Olimpik”in mövsümün sonunda Liqa 2-yə düşəcəyini açıqladı. Bu, problemlərin real olduğunu göstərir. Amma əslində nə baş verdiyini bilmək olduqca çətindir, çünki prezident Con Tekstor hər zaman ağılları bulandırır.

Meydanda komanda yaxşı işlər görür, bunda ən çox Pyer Sajın əməyi var. Təxminim budur ki, bu qışa qədər hər şey yaxşı ola bilər, o zaman ki, klub hər şeyi təhlükəsiz saxlamaq və Liqa2 -yə yuvarlanmaqdan qaçmaq üçün bir çox oyunçunu satmağa məcbur olacaq.

Tekstorun bu barədə düşünüb-düşünmədiyini bilmək çətindir. Ancaq bu şəkildə gedən güclü söz-söhbətlər var və bəzi oyunçularla bağlı təkliflər klubu cəlb edə bilər. Daha aşağı ödənişlə oyunçu almaq üçün doğru zamandır deyə düşünürəm. Əgər belədirsə, bu, problemin həqiqətən böyük olduğunu bildirir”.

“L’Équipe”nin yazarı Flavien Tressaryö isə düşünür ki, Lion klubunda maddi problemlər olsa da, onlar meydanda yaxşı oyun göstərə bilir: “Qarabağ” səfəri həmişə çətindir. Çünki uzun bir yol var. Üstəlik, “Olimpik” üçün fərqli ab-hava olacaq. Maddi durum klubda ciddi narahatlıq doğursa da, bunun meydançaya heç bir təsiri yoxdur. Məşqçi Pyer Sajın kifayət qədər yaxşı komandası var. O, Liqa 1-də artıq ilk “5-liy”ə qayıda bildi. Sadəcə, müntəzəm olaraq eyni səviyyədə çıxış edə bilmirlər. Komandada Aleksandır Lakazett yaxşı səviyyədədir, Rayan Şerki həm klubda, həm Fransa U-21 millisində parlayır. Fikrimcə, Fransa təmsilçisi səfərdə qələbə qazana bilər”.

Shares: